Baş memar

Baş memar

KOVAA GROUP

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Baş memar vakansiyaları üçün bura daxil olun.

Elan № 18996

Baş memar vakansiyaları

Baş memar vakansiyaları

24 İyul

Elan tarixi

02 Sentyabr

Bitmə tarixi

851

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Memar

Vəzifə

3 ildən 5 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Dizayn

Sahə

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;
  • Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
  • Layihə işlərinin  müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət etmək,  keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək; 
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin  və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
  • Tədqiqat-axtarış  işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyi, layihələşdirmənin bütün mərhələlərində  materialların həcminin azaldılmasını təmin etmək; 
  • Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə  üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə  texniki şərtlərə uyğunluğuna nəzarət etmək; 
  • Layihələndirməni və tikintidə olan qabaqcıl təcrübəni öyrənmək;
  • Layihələrin memarlıq hissələrinin (bölmələri) işlənib hazırlanmasında iştirak edən memar və texniklər arasında iş bölgüsü aparmaq, onların işini əlaqələndirmək;
  • Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsi (bölməsi) işləyib hazırlamaq;
  • Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək; 
  • Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsini, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğun olmasını təmin etmək; 
  • ·Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək.

Bilməlidir:

  • Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları; 
  • Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını; 
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri;
  • Layihələndirmənin metodlarını; 
  • Layihə işlərinin təşkili və planlaşdırılmasını; 
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini; 
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları; 
  • Texniki şərtləri və digər rəhbər materialları; 
  • Layihə və  tikinti-iqtisadi hesablamaların aparılması metodlarını; 
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni; 
  • Əməyin, istehsalat və idarəetmənin təşkilini. 

İxtisas tələbləri:

  • Müvafiq sahə üzrə ali ixtisas təhsili;
  • Müvafiq sahədə ən azı 5 il təcrübə;
  • Kompüter bilikləri: 
  • AutoCAD proqramını əla bilmək;  
  • MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
  • Archicad və ya Revit arzu olunandır;
  • Dil bilikləri: Azərbaycan dilinin yüksək səviyyədə olması (ingilis və rus dili arzu olunandır);
  • Layihəyə nəzarət bacarığına malik olmaq;
  • Komandada işləmə bacarığına malik olmaq;
  • Diqqətli və dəqiq olmaq;
  • İşgüzar və məsuliyyətli olmaq.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 6 gün / 09:00 – 18:00
  • 6-cı gün 09:00-13:00
  • Nahar fasiləsi: 13:00–14:00
  • Əmək haqqı müsahibə əsnasında təyin ediləcəkdir
  • AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul

 


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 18996

Baş memar vakansiyaları

Baş memar vakansiyaları

24 İyul

Elan tarixi

02 Sentyabr

Bitmə tarixi

851

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"