Bakı
Mühasibat
Razılaşma ilə
Tam-ştat
Ali
02 dekabr 2020
01 yanvar 2021
Vəzifə öhdəlikləri:
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
• Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
• Əməliyyatları 1C proqramında aparmaq
• Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
• Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
• Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
• Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
• Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
• Ali təhsil (maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması vacibdir)
• Ümumi iş təcrübəsi 5 ildən az olmamalıdır
• Vergi, dsmf, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Analitik təhlil etmə qabiliyyəti
• ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
• Xarici dil bilikləri Rus və İngilis dili bilmesi üstünlükdür
• Kompyuter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook)
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını hrpaysistems@gmail.com e-mail ünvanına 20.12.2020-cü il tarixinə qədər mövzu yerində “Baş mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.