Babək
Mühasibat
1000 - 1200 AZN
Tam-ştat
Ali
15 dekabr 2020
14 yanvar 2021
İmproteks Şirkətlər Qrupuna “Baş mühasib” vakansiyası üzrə işçi tələb olunur:
Vəzifələr:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
İş şəraiti:
- AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə
- Həftə içi 6 gün iş (6-cı gün qısaldılmış iş günü)
- Əmək haqqı 1000 -1200AZN
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
• Rus və İngilis dillərini bilməsi arzu olunandır
• 1C (8.3) proqramında işləmək bacarığı
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Baş mühasib" sözünü qeyd etməklə hr@improtex.az elektron poçtuna göndərə bilərlər.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.