Bakı
Mühasibat
Razılaşma ilə
Tam-ştat
Ali
26 dekabr 2020
25 yanvar 2021
Vakansiya: Baş mühasib
Vəzifə öhdəlikləri:
• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin uçotunu təşkil etmək
• Maliyyə hesabatlarının hazırlanması
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
• Əmək haqqı uçotunun aparılması
• Proqram üzrə mühasibat yazılışlarının verilməsi
• Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
• Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
• Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması
• Elektron Qaimə Faktrura, Hesab Fakturalarının hazırlanması
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
• İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi, gəlir və xərclər uçotunun aparılması
• Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
• Excel və 1C proqramında işləmək bacarığı
• Türk və İngilis dillərini bilməsi arzu olunandır
• Komandada işləmək bacarığı
• Məsuliyyətli və işində dəqiq
• Vergi Məcəlləsini bilməli
İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 Dekabr, 2020-ci il tarixinədək niyazi@starex.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş mühasib) göstərməyiniz xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.