D

Baş mühasib

Dərs Evi

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Baş mühasib vakansiyaları üçün bura daxil olun.

Elan № 6486

Baş mühasib vakansiyaları

Baş mühasib vakansiyaları

23 Avqust 2021

Elan tarixi

22 Sentyabr 2021

Bitmə tarixi

1445

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Mühasib

Vəzifə

3 ildən 5 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Mühasibat

Kateqoriya

İş barədə məlumat

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlamaq;
  • Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün şirkətin bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlamaq;
  • Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət etmək;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət etmək;
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib etmək;
  • Maliyyə hesabatların tərtib etmək;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət etmək;
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
  • Dövlət büdcəsinə məcburi ödəməli, Vergi, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət etmək;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Büdcə tərtibatı üçün materialların hazırlanmasına nəzarət etmək;
  • Ayın bağlanmasını həyata keçirmək;

Ünvan: Dərs Evi, Elmlər filialı (Hüseyn Cavid pr. 87-89)

NamİZƏDƏ TƏLƏBLƏR

  • Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
  • Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır;
  • İdarəçilik qabiliyyəti, mövcud qanunvericilik üzrə biliklər;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Azərbaycan və rus dili üzrə biliklər,ingilis dil arzu olunandır.

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Mövzu” hissəsində “Baş mühasib” qeyd etməklə talent@dersevi.az elektron poçt ünvanına göndərəsiniz.

Son müraciət tarixi: 10.09.2021


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 6486

Baş mühasib vakansiyaları

Baş mühasib vakansiyaları

23 Avqust 2021

Elan tarixi

22 Sentyabr 2021

Bitmə tarixi

1445

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"