Baş mühasib

Baş mühasib

Yelo Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Baş mühasib vakansiyaları üçün bura daxil olun.

Elan № 8158

Baş mühasib vakansiyaları

Baş mühasib vakansiyaları

29 Mart 2022

Elan tarixi

28 Aprel 2022

Bitmə tarixi

2379

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Mühasib

Vəzifə

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Mühasibat

Kateqoriya

İş barədə məlumat

  • Bankın təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun aparılması;
  • İlkin mühasibat, hesablaşma və ödəniş sənədlərinin qəbulu və hazırlanması, onların mühasibat və vergi qanunvericiliyinə uyğun hazırlanmasını, tamlığını və qorunub saxlanmasını təmin etməklə hazırlanması;
  • Daxil olan pul vəsaitlərini, əsas vəsaitləri, əmtəə-material qiymətliləri, digər qiymətliləri və onların  hərəkəti ilə bağlı əməliyyatları  mühasibat uçotu hesablarında düzgün və vaxtında əks etdirmək;
  • Bankın fərdi və icarəyə götürülmüş əmlakının inventarizasiyasında iştirak və nəticələrin mühasibat uçotunda əks etdirilməsi;
  • Digər aktivlər, debitorlar, passivlər və kreditorlar hesablarının inventarizasiyasının təşkili və nəticələrinin mühasibat uçotunda əks etdirilməsi;
  • Bankın vergi uçotunun aparılması, vergi orqanları ilə hesablaşmaların aparılması, vergi hesabat və bəyannamələrinin düzgün və vaxtında tərtib və təqdim edilməsi;
  • Əldə olunan əsas vəsaitlər, əmtəə-material qiymətliləri, iş və xidmətlərə görə podrartçı və tədarükçülərlə bağlanmış müqavilələrin uçotunun aparılması, müqavilələr üzrə öhdəliklərin vaxtında icrası və onlarla hesablaşmaların aparılması;
  • Əsas vəsaitlərin uçotunun (həm vergi, həm də maliyyə) aparılması;
  • Ödənilməmiş borclar müqabilində balansa götütülmüş əmlkaın, fərdi və icarəyə götürülmüş əsas vəsaitlərin, lizinqə qəbul edilmiş avadanlığın, qeyri-maddi aktivlərin, icarəyə verilmiş bankın əmlakının uçotunun aparılması;
  • Mühasibat uçotu sənədlərində əmtəə-material qiymətlilərinin daxil olunması və çıxışı, tədarükçülərlə hesablaşmaların uçotunun aparılması, debitor və kreditor borcların reyestrinin tərtib edilməsi;
  • Ştampların, möhürlərin və basmaqəliblərin uçotunun aparılması;
  • Bankın bunkerində saxlanılan qiymətlilərin mədaxil və məxaric əməliyytları üzrə balansarxası uçotun aparılması;
  • İcarə müqavilələrinin balansarxası uçotunun aparılması;
  • Mühasibat və vergi uçotu qanunvericiliyində baş verən dəyişiklikləri monitorinqi və ABS-də müvafiq düzəlişlərin edilməsi və avtomatlaşdırılması;
  • Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanmasına dəstək vermək;
  • Bank xidmətlərinin maya dəyərinin hesablanmasında bankın müvafiq struktur bölmələrini tarixi maliyyə məlumatları ilə təmin etmək;
  • Şöbənin fəaliyyətinə gündəlik nəzarət etmək.

NamİZƏDƏ TƏLƏBLƏR

İş təcrübəsi: müvafiq sahə üzrə 5 il, bank sahəsi üzrə arzuolunandır;

Dil bilikləri: Azərbaycan dili, xarici dil biliklrəri (Rus və ya İngilis dili) arzuolunandır;

Təhsil tələbləri: Ali xüsusi profil təhsili;

ACCA və ya IFRS üzrə biliklər arzuolunandır;

Komputer bilikləri: Microsoft Office (Excel yüsək səviyyədə), 1C bilikləri;

Əmək və Vergi qanunvericiliyi, Banklar haqqında mövcud Qanunvericilik, AR MB-nin normativ sənədləri, Mülki Qanunvericilik üzrə biliklər

Biz Sizə nə təklif edirik:


Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.

Tibbi sığorta proqramına qoşulma;

Yığım sığortasına qoşulma imkanı.

Siz elektron poçtun “mövzu” yerinə “Baş mühasib” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 8158

Baş mühasib vakansiyaları

Baş mühasib vakansiyaları

29 Mart 2022

Elan tarixi

28 Aprel 2022

Bitmə tarixi

2379

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"