Baş mütəxəssis

Baş mütəxəssis

PAŞA Sığorta
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 oktyabr 2020

  • Bitmə tarixi

    26 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Baş mütəxəssis vakansiyaları üçün bura keçid edin!

PAŞA Sığorta” ASC namizədləri “Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Baş mütəxəssisi”vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
• Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
• Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
• Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
• PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
• Şirkətin bütün satış kanallarında vaxtaşırı xronometrajlar keçirmək;
• Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
• Yeni funksional üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
• İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
• Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;
• Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
• Birbaşa müdirin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.


Namizədə tələblər:

Biliklər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
• Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
• Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək və işdə rəhbər tutmaq;
• Kompyuter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;

Təcrübə:

• Biznes proseslər və ya sığorta sahəsində minimum 1-3 il iş təcrübəsi;

Bacarıqlar:

• Güclü kommunikasıya bacarığı.
• Analitik düşüncə.
• İş prosesində yaranan problemləri çevik həll etmək bacarığı.

Son müraciət tarixi: 30 Noyabr 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox