Bakı
Proqramlaşdırma
Razılaşma ilə
Tam-ştat
Ali
12 iyul 2021
11 avqust 2021
“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları departamentinə “Baş PL/SQL Developer” vəzifəsinə işə dəvət edir
Əsas vəzifələr:
• İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
• Hesabat məlumatlarının reallığının yoxlanılması;
• Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
• Texniki spesifikasiyaların hazırlanması;
• Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi.
• İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 5 il iş təcrübəsi;
• Yaxşı səviyyədə Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri bili;
• Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil etmək bacarığı;
• Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
• JSON obyekt tipi ilə işləmək bacarığı;
• SQL, PL/SQL sahəsində minimum bir il iş təcrübəsi;
• DWH (Data Warehouse) üzrə biliklər;
• Əlaqədar sahələrdə sertifikatın olması üstünlükdür;
• Hər hansı obyekt yönümlü proqramlaşdırma dillərindən birini bilməli;
• MS Excel bacarıqlarının yüksək səviyyədə olması arzuolunandır;
• Rus və ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• Yeni məlumatları tez anlamaq, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;
• İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;
• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 15-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş PL/SQL Developer” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.