Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
10 noyabr 2021
10 dekabr 2021
Ümumi məlumat
Kapital Bank namizədləri Bazar riskləri üzrə Analitik – mütəxəssis, aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
· Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi;
· İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
· Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi;
· Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
· Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
· Bazar riskləri sahəsində araşdırılma aparılması.
Namizədə tələblər:· İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
· Qiymətli kağızlar haqqında yüksək bilik;
· Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
Üstünlük verilən bilik və bacarıqlar
· Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
· CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
· Əla səviyyədə praktiki Excel bacarıqları;
· Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
· İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
· Müvafiq olaraq mütəxəssis, aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 1, 2 və 3 il iş təcrübəsi.
Müraciət et: https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1534
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.