Bazar risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi

Bazar risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    18 iyul 2024

  • Bitmə tarixi

    27 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Görəcəyiniz işlər:

  • Qlobal iqtisadiyyat və bazarlarda baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına, bankın fəaliyyətinə təsirlərinin təhlil edilməsi;
  • Maliyyə sektoru və bazarlarının sabitliyi və inkişafı məqsədləri çərçivəsində maliyyə bazarları və maliyyə infrastrukturu üzrə təhlillərin aparılması;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət edilməsi;
  • Bankın məruz qaldığı bazar və likvidlik risklərinin ölçülməsi üçün mövcud modellərin təkmilləşdirilməsində və yeni modellərin qurulmasında iştirak etmək;
  • Bankın investisiya portfelinin risklərinin qiymətləndirilməsində iştirak etmək;
  • Müxtəlif ssenarilər üzrə kapital simulyasiyalarının hazırlanmasında iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • İqtisadi modelləşdirmə və statistika sahəsində biliklərə;
  • CFA və ya FRM sertifikatlarının olmasına (üstünlükdür);
  • Əlaqədar sahə üzrə iqtisadi təhlil və bazar riskləri üzrə iş təcrübəsinə (arzuolunandır);
  • Praktiki Excel bacarıqlarına;
  • Bankların maliyyə hesabatlarını anlama və təhlil etmə bacarıqlarına;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
  • Analitik təfəkkür, araşdırma və yüksək təhlil etmə qabiliyyətinə;
  • İngilis dili (rus dili bilikləri arzuolunandır) biliyinə sahib olan şəxsdir.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox