Görəcəyiniz Işlər
- Qlobal iqtisadiyyat və bazarlarda baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına, bankın fəaliyyətinə təsirlərinin təhlil edilməsi;
- Maliyyə sektoru və bazarlarının sabitliyi və inkişafı məqsədləri çərçivəsində maliyyə bazarları və maliyyə infrastrukturu üzrə təhlillərin aparılması;
- Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət edilməsi;
- Bankın məruz qaldığı bazar və likvidlik risklərinin ölçülməsi üçün mövcud modellərin təkmilləşdirilməsində və yeni modellərin qurulmasında iştirak etmək;
- Bankın investisiya portfelinin risklərinin qiymətləndirilməsində iştirak etmək;
- Müxtəlif ssenarilər üzrə kapital simulyasiyalarının hazırlanmasında iştirak etmək.
Bizim Üçün Uyğun Namizəd:
- Ali iqtisadi təhsilə;
- İqtisadi modelləşdirmə və statistika sahəsində biliklərə;
- CFA və ya FRM sertifikatlarının olmasına (üstünlükdür);
- Əlaqədar sahə üzrə iqtisadi təhlil və bazar riskləri üzrə iş təcrübəsinə (arzuolunandır);
- Praktiki Excel bacarıqlarına;
- Bankların maliyyə hesabatlarını anlama və təhlil etmə bacarıqlarına;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
- Analitik təfəkkür, araşdırma və yüksək təhlil etmə qabiliyyətinə;
- İngilis dili (rus dili bilikləri arzuolunandır) biliyinə sahib olan şəxsdir.