Beynəlxalq münasibətlər üzrə mütəxəssis

Beynəlxalq münasibətlər üzrə mütəxəssis

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    1800 - 2000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    20 dekabr 2022

  • Bitmə tarixi

    19 yanvar 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Beynəlxalq münasibətlər üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!
  • Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin, habelə onlardan irəli gələn öhdəliklərin Müəssisənin fəaliyyət istiqamətləri üzrə ekspertizasının həyata keçirilməsində iştirak etmək;
  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;
  • Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;
  • Müəssisənin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində şöbə müdirinə təkliflər təqdim etmək;
  • Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;
  • Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək.
Namizədə tələblər:
  • İngilis dilində sərbəst danışıq, dinləmə, yazı, oxu qabiliyyətlərinə malik olmaq (“ielts” sertifikatı arzu olunandır), yaxud Çin, ərəb, fars, ingilis, rus, gürcü, alman, fransız dillərində oxuma, yazma və danışıq bilikləri;
  • Beynəlxalq münasibətlər,  beynəlxalq hüquq, politologiya, regionşünaslıq ixtisasları üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
  • Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • İşgüzar yazışmaların aparılması bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Planlama və zamanın idarəolunması;
  • Situativ qərarvermə;
  • Yüksək ünsiyyət bacarıqları;
  • İş qrafiki: 6 gün, 09:00 – 18:00.

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox