Ümumi məlumat
Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı BirCode Camp İT Təcrübə proqramının 4-cü nəsil developerlərin yetişdirilməsinə start verdi!
Öhdəliklər
- Proqram sizə nələr qazandıracaq:
- Yüksək səviyyəli Developerlərlə ünsiyyətdə olmaq və onlardan öyrənmək;
- Ölkənin İlk rəqamsal bankında İT biliklərə yiyələnmək;
- Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
- Güclü və böyük komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
- Təcrübə sonrası bankda rəsmi işə başlama imkanı;
- Məsafədən (remote) işləmə imkanı;
Proqrama kimlər müraciət edə bilər:
- İT məzunlar/tələbələr, İT sahəsində daha öncə təcrübələrdə iştirak edənlər, başlanğıc və bir üst biliklərə sahib olanlar;
- Motivasiyası yüksək olanlar, yeniliklərə açıq və dinamikanı sevənlər;
- 5 istiqamətin birində dərin biliklərə sahib olmaq istəyənlər (İOS, Android, Frontend, Backend, DevOps)
Namizədə tələblər:- Frontend üzrə: HTML, CSS, JavaScript ilkin biliklər. React/Vue/Angular üzrə iliklər üstünlükdür;
- Backend üzrə: Data struktur və alqoritm üzrə ilkin biliklər. Java SE və ya C# üzrə ilkin biliklər. SQL üzrə biliklər üstünlükdür;
- Android üzrə: Java üzrə ilkin biliklər (Kotlin arzuolunandır). Data struktur və alqoritmlər üzrə ilkin anlayışlar;
- iOS üzrə: İOS platforması və Swift proqramlaşdırma dili üzrə ilkin biliklər. Məlumat strukturları və alqoritmlər üzrə ilkin biliklər;
- DevOps: Linux · Docker · Kubernetes istiqamətlərində başlanğıc biliklər;
- Komanda daxilində öyrənməyə və güclü kommunikasiya qabiliyyətinə malik olmaq;
Müraciət et: https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1551