Öhdəliklər
- Məhsulun bazara çıxarılması zamanı maliyyə əsaslandırılması, gəlir-xərc modellərinin qurulması (eyni zamanda, CLV modellərin qurulması)
- Bazar araşdırmasının aparılması, beynəlxalq və yerli trendlərin araşdırılması, rəqiblərin analizi
- Məhsulun növbəti inkişafı üçün qərarvermə modellərinin qurulması, öncədən və sonradan (pre və post) analizlərin aparılması
- Məhsulun və biznesin performans göstəricilərini əks etdirən hesabat formalarının, analizlərin aparılması, dashboardların qurulması
- Kampaniyaların keçirilməsi, məhsulun inkişafı, satışının artırılması üçün təkliflərin verilməsi, təşəbbüslərin göstərilməsi
Tələblər
Əgər siz yuxarıda sadalanan rollar üzrə dəyər yarada biləcəyinizi düşünürsünüzsə və aşağıdakı üstünlüklərə maliksinizsə, onda siz məhz bizim axtardığımız namizədsiniz:
- Maliyyə əsaslı nəzəri və praktiki biliklərin olması (Maliyyə hesabatlarının tərtib olunması və s.)
- Biznesi anlamaq, analitik və kritik düşünmə, məntiqi fikir yürütmə bacarığı
- Üstün səviyyədə Excell və Microsoft Office bilikləri
- SQL sorğuları yazmaq bacarığı
- Data vizuallaşdırma alətləri ilə iş təcrübəsinin olması (Tableau, Power BI və s.)
- Bank təcrübəsinin olması əlavə üstünlükdür.
- Araşdırma etmək bacarığı