Biznes İnnovasiyalar üzrə Kiçik Məhsul Sahibi

Biznes İnnovasiyalar üzrə Kiçik Məhsul Sahibi

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    17 may 2023

  • Bitmə tarixi

    16 iyun 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul Sahibi (PO) vakansiyaları üçün bura keçid edin!
  • Bank üçün yeni biznes ideyalarının yoxlanılması və bazara buraxılması
  • Yeni biznes ideyaları üçün məhsul yol xəritələrini və məhsul backlog-unun hazırlanması
  • Yaradılan bizneslərin bankın məqsədlərinə və müştəri ehtiyaclarına uyğun olmasını təmin etmək
  • Komanda, daxili və xarici tərəfdaşlarla işləri planlayaraq məhsul yeniliklərinin vaxtı vaxtında müştərilərin istifadəsinə verilməsini təmin etmək
  • Biznesın performansına nəzarət etmək, onun inkişafı, böyüməsi və gəlirliliyini artırmaq üçün lazımi tədbirləri görmək
  • Yeni biznes imkanlarını müəyyən etmək üçün bazar araşdırması və rəqib təhlili aparmaq
  • Digər məhsul komandaları, maliyyə, marketinq, hüquq, məlumat təhlükəsizliyi, rəhbərlik və digərləri də daxil olmaqla, bank üzrə əsas maraqlı tərəflərlə sıx əlaqədə olmaq və əməkdaşlıq etmək
  • Məhsul üzrə yenilikləri daxili və ya xarici maraqlı tərəflərə “demo” görüşlərində nümayiş etdirmək
Namizədə tələblər:
  • Yeni ideyalar və kreativ həllərə açıq olmaq
  • Aktiv və nəticəyönümlü düşüncəyə sabib olmaq
  • Yerli və xarici bazardakı startaplar (maliyyə məhsul və xidmətləri) haqqında güclü anlayış
  • Güclü analitik və problem həll etmə bacarığı. Rəqəmlərlə “rahatlıq”, məhsul metriklərini müəyyən etmək, ölçmək və inkişaf etdirmək bacarığı.
  • Əla ünsiyyət bacarıqları. Geniş auditoriya ilə və strukturlaşdırılmış şəkildə aydın və inandırıcı ünsiyyət qurmaq bacarığı
  • Komandanı effektiv idarə etmək bacarığı
  • Kompüter elmləri, biznes, maliyyə və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • Biznes, məhsulun idarə edilməsi və ya müvafiq sahədə 3 illik təcrübə. Startaplarla təcrübə arzuolunandır.
  • Azərbaycan dilini səlis bilmək. İngilis dilində sərbəst danışmaq və yazmaq

Elan #849516

  • 976

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox