Bakı
Kredit mütəxəssisi
Razılaşma ilə
Tam-ştat
Ali
23 iyul 2021
22 avqust 2021
Ümumi məlumat
Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və dəstək şöbəsinin Digər problemli kreditlər ilə iş bölməsində Biznes Kreditlərinin Təqibi üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
• Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
• Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
• Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
• Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
• Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir);
• Biznes kreditlərinin təqibi üzrə ən azı 1 il iş təcrübəsi;
• Danışıq qabiliyyətinin yüksək olması;
• Komputerdə işləmək bacarığı;
• Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
• Dəqiqlik;
• Təmkinlilik.
Əgər təklifimiz Sizə maraqlıdırsa, hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.