Biznes Proseslərin İdarəedilməsi şöbəsinin RPA üzrə Mütəxəssisi

Biznes Proseslərin İdarəedilməsi şöbəsinin RPA üzrə Mütəxəssisi

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 dekabr 2024

  • Bitmə tarixi

    15 yanvar 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Avtomatlaşdırma imkanlarını və səmərəliliyin artırılmasını müəyyən etmək üçün mövcud biznes proseslərini təhlil etmək;
  • Avtomatlaşdırma üçün tələbləri toplamaq və prosesləri sənədləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • Təklif olunan avtomatlaşdırma layihələri üçün texniki-iqtisadi əsaslandırmaları və xərc-fayda təhlilini yenidən yoxlamaq;
  • Sənayedə aparıcı alətlər və texnologiyalardan istifadə edərək prosseslərin avtomatlaşdırılması və RPA həllərini dizayn edərək inkişaf etdirmək və həyata keçirmək;
  • Təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və prosesləri optimallaşdırmaq üçün prosseslərin avtomatlaşdırılması və robotexnika proqramını konfiqurasiya etmək;
  • Prosseslərin avtomatlaşdırılması və RPA həllərini mövcud sistemlər və tətbiqlərlə inteqrasiya etmək məqsədi ilə, funksional komandalarla əməkdaşlıq etmək;
  • Funksionallığı və dəqiqliyi təmin etmək üçün robotlarının sınağını və keyfiyyət təminatını həyata keçirmək;
  • Prosesin axınını, texniki spesifikasiyaları və sınaq planları daxil olmaqla, proses sənədlərini hazırlamaq və qorumaq;
  • RPA robot istifadəçilərini təlimlərlə təmin etmək və dəstək olmaq;
  • Davamlı təkmilləşdirməyə cavabdeh olmaq və komanda daxilində biliklərlə paylaşmaq.

 

Tələblər:

  • Maliyyə, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Biznesin Təhlili, Proseslərin Təkmilləşdirilməsi və ya Proseslərin avtomatlaşdırılması və robotexnika sahəsi üzrə 3 ildən çox iş təcrübəsi;
  • Avtomatlaşdırma təşəbbüslərini idarə etmək üçün məlumat toplamaq və şərh etmək bacarığı ilə əla analitik bacarığı;
  • Biznes prosesləri haqqında anlayış;
  • Müxtəlif komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək və ünsiyyət bacarıqları;
  • Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma dillərində təcrübə üstünlükdür;
  • Prosseslərin avtomatlaşdırılması və RPA alətləri və ya proseslərin təkmilləşdirmə metodologiyaları (məsələn, Six Sigma) üzrə sertifikatlar arzuolunandır;
  • Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma üzrə təcrübə mütləqdir. C++, Java, Python dillərinə üstünlük verilir, C# dilinə daha çox üstünlük verilir;
  • Dil bilikləri: Rus və ya İngilis dili biliyi (Qeyd: Bütün sənədlər yalnız ingilis dilindədir).

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox