Biznes Qrupu daxilində Mütəxəssis

Biznes Qrupu daxilində Mütəxəssis

PASHA Holding
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    15 iyul 2024

  • Bitmə tarixi

    24 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

PASHA Holding Biznes Qrupu daxilində mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • PAŞA Holdingə daxil olan bankların və/və ya sığorta şirkətlərinin Azərbaycanda və xaricdə fəaliyyətləri haqqında müntəzəm hesabat əsasında fasiləsiz monitorinqinin aparılması və  fəaliyyətin istiqamətləri, eyni zamanda həmin fəaliyyət ilə bağlı olan risklər və ya hər hansı digər məsələlər haqqında Biznes Qrupunun direktorunun məlumatlandırılması;
  • Müşahidə Şurasının və/və ya Müşahidə Şurasına hesabat verən komitələrin qərarlarının banklarda və/və ya sığorta şirkətlərində vaxtında həyata keçirilməsini təmin etmək  məqsədilə banklar və/ və ya sığorta şirkətləri ilə qarşılıqlı əlaqə;
  • Müxtəlif layihələr/qərarlar/metodologiyaların PAŞA Holdingə daxil olan banklara və/ və ya sığorta şirkətlərinə  uyğun səviyyədə qurulması və həyata keçirilməsi məqsədilə Holdingdaxili funksional Qruplar ilə (məsələn, Maliyyə, Risklərin idarəedilməsi, HR, Audit, İT, Layihələrin idarəedilməsi ofisi, Strategiyanın idarəedilməsi)  qarşılıqlı  əməkdaşlığın həyata keçirilməsi;
  • Bankların və/ və ya sığorta şirkətlərinin biznes ehtiyaclarına təsir göstərə biləcək potensial dəyişikliklər üçün bankların və/ və ya sığorta şirkətlərinin bank sektoru və tənzimləyici orqanların monitorinqi;
  • Biznes qrupunun direktoru tərəfindən verilmiş tapşırıqlar əsasında tələb olunan xüsusi təhlillərin aparılması;
  • Holdingə daxil olan bankların biznes planlarının və büdcələrinin keyfiyyətli və zamanında hazırlanmasının təmin edilməsi;
  • Biznes Qrupu direktorunun göstərişlərinin/birgə qərarların (Streteji aktivlərin və ya Funksional qrupların rəhbərliyi ilə birgə) mütəmadi qaydada icrası və gecikmələr və ya uyğunsuzluqlar yarandığı halda Biznes Qrupu direktorunu məlumatlandırmaq yəni Biznes Qrupu direktoru üçün layihə meneceri funksiyasının yerinə yetirilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Maliyyə/ Biznesin idarəedilməsi sahəsində Bakalavr dərəcəsi;
  • Bankçılıq və ya sığorta sahəsində 3-4 il peşəkar təcrübə;
  • Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • CFA üzrə 2-ci dərəcə üstünlükdür;
  • İngilis, Azərbaycan və Rus dillərində mükəmməl bilik;
  • MS Office proqramlarının (Excel, PowerPoint, Word) mükəmməl bilik səviyyəsi;

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox