Bölmə rəhbəri / Xidmət bölməsi / Naxçıvan filialı

Bölmə rəhbəri / Xidmət bölməsi / Naxçıvan filialı

Kapital Bank
  • Şəhər

    Naxçıvan

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    21 yanvar 2025

  • Bitmə tarixi

    25 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Bölmə rəhbəri vakansiyaları üçün bura keçid edin!

 

Öhdəliklər:

  • Daxili qaydalara əsasən bölmənin əməkdaşları arasında iş bölgüsünü müəyyənləşdirir və əməkdaşların işinə birbaşa nəzarət edir.
  • Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində qəbul edilmiş ərizələrin və müraciətlərin təhlilini aparır.
  • Tələb olunduğu halda verilmiş kreditlər və açılmış hesablarla bağlı dövlət orqanlarına, krediti/kreditin təminatını sığortalayan sığorta şirkətlərinə məlumatların verilməsi barədə sənədlərin hazırlanmasını təmin edir.
  • Bölmənin həyata keçirdiyi biznes proseslərin plan üzrə müəyyən edilmiş keyfiyyətinə və digər göstəricilərinə nəzarət edir.
  • Daxil olan yazılı şikayət və müraciətləri araşdırır, həll etməyə çalışır;məsələni həll etmək imkanı onun səlahiyyətləri və imkanları daxilində olmadıqda müvafiq qaydada aidiyyatı departamentə məlumat verir.
  • Bank əməliyyat proqramının göstəricilərinə əsasən xəzinə qalıqlarının balans qalıqları ilə düzgünlüyünə nəzarət edir.
  • Bank əməliyyat proqramının göstəricilərinə əsasən tranzit hesabların qalıqlarına nəzarət edir.
  • Təyin olunmuş limit çərçivəsində məxaric sənədlərini imzalayır
  • Müştərilərin müraciətinə və qanunun tələbinə uyğun hesabların bağlanması üzrə lazımi işləri həyata keçirir
  • Baş ofisdən daхil оlan Idarə Hеyətinin qərarları, təlimat və prоsеdurlarla müvafiq işçiləri rəsmi qaydada tanış еdir və оnların icrasına nəzarəti təmin еdir və icrasına məsuliyyət daşıyır;
  • Struktur bölməyə daхil оlan sənədlərlə tanış оlur, iş prоsеsində istifadə еdilməsi və ya cavab hazırlanması üçün icraçılara çatdırılmasını rəsmi təmin еdir;
  • Struktur bölmənin fəaliyyətinə dair səlahiyyətləri çərçivəsində cari sənədləri imzalayır;
  • Müştəri xidmətlərinin korporativ standartlarına uyğun olaraq filialda müştəri məmnuniyyətinin qorunmasını, növbəliliyin tənzimlənməsi və müştərilərə yüksək səviyyəli bank хidmətlərinin göstərilməsini təşkil еdir
  • Tabеçiliyində оlan əməkdaşların işini gündəlik оlaraq planlaşdırır, kооrdinasiya və nəzarət еdir;
  • Filialda mövcud sənədlərin saxlanmasına, qorunmasına və qaydalara uyğun şəkildə arxivləşdirilməsinə nəzarət edir.
  • Bankın Krеdit Kоmitəsinin rəsmi icazə məktubuna əsasən müvafiq qaydaların tələblərinə uyğun krеditləşməni səlahiyyətləri çərçivəsində rəsmiləşdirir və buna görə şəxsən məsuliyyət daşıyır;
  • Bank əməliyyatlarının qüvvədə olan normativ sənədlərə və bankdaxili qaydalara uyğun olaraq aparılmasına nəzarət edir
  • Baş ofis tərəfindən qoyulan planların yerinə yetirilməsi üçün lazımi tədbirləri görür və nəzarəti həyata keçirir
  • Filialda problemli müştərilərə xidməti təşkil edir, ehtiyac olduqda özü qəbul edir.
  • Filialda müştərilərin gözləmə vaxtının tənzimlənməsi üçün əməkdaşların daim xidmət etməsini təmin edir.
  • Filialda müştəri sıxlığı olarsa müştəriyə xidmət göstərir
  • İkili nəzarət prinsipinin təmin edilməsi məqsədi ilə bölmənin digər əməkdaşları tərəfindən verilmiş müxabirləşmələrin qaydalara uyğun olmasını yoxlayır və təsdiq edir.
  • Ümumi olaraq bölmənin fəaliyyəti ilə bağlı hazırlanmış sənədlərin müvafiq qaydada arxivləşdirilməsinə və struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasına nəzarət edir.
  • Bank sirri tələbetmə səlahiyyətinə malik orqanların sorğularını müvafiq qaydada icra edir.
  • Baxılmış ərizələr və aparılan əməliyyatlar üzrə bank və kommersiya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir.
  • Bilik səviyəsini artırmaq məqsədilə öz üzərində işləyir və Bankın təşkil etdiyi təlimlərdə iştirak edir.
  • Bölməyə cəlb edilmiş təcrübəçilərə, yeni əməkdaşlara nəzəri və praktiki biliklərini inkişaf etdirmələrində digər əməkdaşlar tərəfindən dəstək göstərilməsini təmin edir.
  • Bölmənin fəaliyyətinə aid olan digər cari işlərin görülməsində iştirak edir.
  • Zəruri hallarda funksiyalarını YSB-lərdən kənarda icra edir;
  • İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşıyır;
  • Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
  • Birbaşa rəhbəri, İdarə Heyətinin sədri(Baş icraçı direktor) tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin, həmçinin komissiyaların qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili hüquqi aktlardan irəli gələn tapşırıq və sərəncamları “qanunun tələbləri çərçivəsində” icra edir ;
  • Cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir.
     

Tələblər:

  • Vətəndaş qüsursuzluğuna malik olma,
  • Təhsil: Ali
  • Təcrübə: 5 il
  • Kompyuter biliyi: MS Office proqramları, Bankın əməliyyat proqramları
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
  • Ünsiyyətqurma bacarıqları:
  • Vahid komandada işləmək qabiliyyəti;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli olmaq;
  • İşə qəbul prosesi

Elan #858305

  • 1304

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox