“Güvənli” MMC kredit təşkilatı Yüksək kredit dövriyyəsi olan filial üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.
İş haqqında məlumat:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
- Filialın kredit portfelini idarə etmək və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- İş təcrübəsi olmayan namizədlərin karyer planına uyğun olaraq bilik səviyyəsini və peşəkarlığını artırmaq;
- A.R Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki 1-5 ci günlər saat 09:00-17:00-dək, şənbə günü 10:00-16:00-dək;
- Korporativ nömrə ilə təmin edilmə.
Tələblər:
- Ali təhsil;
- Bank, BOKT və ya Lombard sahəsində minimum 5 il təcrübə;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı
- Komandası olan namizədlərə üstünlük verilir və işçi heyətinin sayına limit qoyulmur.
- Filialın yerləşmə yeri və iş şəraiti filial müdirinin istəyi ilə formalaşdırılır.
Üstünlüklərimiz:
- Komandası olan namizədlərə üstünlük verilir və işçi heyətinin sayına limit qoyulmur.
- Filialın yerləşmə yeri və iş şəraiti filial müdirinin istəyi ilə formalaşdırılır.
- Bizdə bonus sistemində üst limit yoxdur.
Vakansiyaya müraciət etmək üçün Cvnizi hrguvenli@gmail.com ünvanına “Bölmə rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur.