- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə uçotun aparılması;
- Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
- İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
- Mənfəət vergisi;
- Əmlak vergisi;
- Əlavə dəyər vergisi;
- Ödəmə mənbəyində tutulan vergi;
- Muzdlu işlə əlaqədar vahid bəyannamə;
- Torpaq vergisi ;
- DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
- Təqdim olunmuş vergi bəyannamələri üzrə yaranmış uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması;
- Vergi orqanı ilə yazışmalar (məlumat və izahatların verilməsi);
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Əmək haqqının hesablanması;
- Bank və kassa əməliyyatları;
- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.
Namizədə tələblər:- Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla səviyyədə Azərbaycan dili;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (1C 8.3 üstünlükdür)
- 27 – 40 yaş
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA üzrə biliklərin olması arzu olunandır.
- Konsaltinq şirkətlərində işləmiş və təcrübə qazanmış işçilərə üstünlük veriləcək.
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli, disiplinli, açıq fikirli, məqsədyönlü və nəticəyə meyillilik bacarığı/prosedur və qaydalara riayət etmək/ analitik düşüncə bacarığı/ problemi həll etmə bacarığı.
Proqram bilikləri: MS Office, BTP, 1C 8.3
İş şəraiti:
İş qrafiki : Həftənin 5 günü, 2 gün istirahət
Əmək haqqı: 1800-2500 AZN
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır.