İş barədə məlumat:
- Brendləri reklam etmək/dəstəkləmə üzrə layihələri işlənib hazırlamalı, hər brend üçün tədbirlər cədvəlinin hazırlanmalı və sonradan həyata keçirməli
- SPA və kosmetolojı mərkəzlərinə, otellərə və s. məkanlara kosmetik və SPA məhsullarının satışını təmin etmək
- Potensial alıcılara və istehlakçılara təqdimatları, tematik seminarlar (məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etməli
- Məhsulun xüsusiyyətlərini tədqiq etməli, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etməli
- Bazarın təhlilini aparmalı, məhsulun təklifi üçün bazarın hədəf istehlakçı seqmentlərini müəyyənləşdirməli
- Yeni müştərilər cəlb etmək,müştəri bazasını artırmaq;
- Məhsulun bazarda mövqeyini izləməli (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli, şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı
- Potensial müştərilərlə yerində görüşlər təşkil etməli
- Lazım gələrsə, ezamiyyə, sərgilərə və konfranslara getməyə hazır olmaq. Yüksək rəqabətli bazarda işləməyə hazırlığlı olmaq.
Namizədə dair tələblər:
- SPA və kosmetolojı mərkəzlərlə satış təcrübəsi olanra üstünlük olunacaq.
- Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti mütləqdir.
- Xanım namizədlərə üstünlük verilir.
- Yaş 25-40.
Əmək şəraiti:
- Stabil əmək haqqı + satışdan bonuslar
- İş qrafiki: İş saatları 09:00-18:00; İş günləri Bazar ertəsi-Cümə. Şənbə və Bazar istirahət günləri.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!