Görəcəyiniz işlər:
- Marketinq departamentinin bütün satınalma prosedurları və təchizatı üzrə sifarişlərinin təmin edilməsi prosesini aparmaq, təqdimat məhsulları, çap materialları və rəqəmsal aktivlər kimi marketinq materiallarını əldə etmək üçün satınalma strategiyalarını hazırlamaq və icra etmək.
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif, sorğuların keçirilməsi ilə bağlı müvafiq strukturlara (Satınalma Departamenti, Hüquq departamenti və s.) müraciət etmək və proses boyu əməkdaşlıq etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Satınalma və büdcə prosesləri üzrə sənəd dövriyyəsinin aparılmasını təmin etmək;
- Aylıq, rüblük və illik xərc cədvəlini hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Departamentin işinin təşkili ilə əlaqədar olan bütün məktubları (ödəmə məktubları, aylıq xərclər və s.) hazırlamaq, müvafiq struktura çatdırmaq və onları düzgün arxivləşdirmək.
- Təhvil verilmiş hədiyyələrlə bağlı hesabtların hazırlanması, təhlil aparılması və sənədlərin düzgün arxivləşdirilməsi prosesini təmin etmək
- Satınalma Departamenti tərəfindən təqdim olunan potensial tədarükçüləri və satıcıları qiymətləndirmək, əlverişli şərtlər və müqavilələr üzrə təhlil aparmaq.
- Marketinq materialları və resursları üçün satınalma büdcəsini idarə etmək, xərclər izləmək və qənaətliliyi təmin etmək.
Bizim üçün uyğun namizəd:
- Reklam, menecment və ya iqtisadiyyat sahəsində 3 il iş təcrübəsi;
- Ali təhsili olan;
- Microsoft Office proqram biliyi olan;
- Yüksək səviyyədə ingilis dili, orta səviyyədə rus dili biliyi olan;
- Analitik düşüncə tərzi olan, komandada işləmək bacarığı, təqdimat bacarığı olan şəxsdir.