Büdcə Hesabatlılığı və Nəzarəti üzrə Menecer

Büdcə Hesabatlılığı və Nəzarəti üzrə Menecer

Azerlotereya
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    16 avqust 2021

  • Bitmə tarixi

    15 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Hesabatlıq üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifənin adı: Büdcə Hesabatlılığı və Nəzarəti üzrə Menecer

Qısa xülasə: BHN (Büdcə Hesabatlılığı və Nəzarəti) şöbəsinin ümumi strateji istiqamətinə və nəzarətinə məsuldur. Şirkət daxilində illik və rüblük biznes planının və büdcə dövrünün aparılması, əlaqələndirilməsi və hazırlanması, MHBS hesabatlılıq standartlarına uyğun olaraq DŞ-yə, səhmdarlara və icraedici rəhbərliyə dəqiq, tam və vaxtında hesabatların təqdim edilməsinin əlaqələndirilməsi,o cümlədən hesabat dövrünün bağlanması, müstəqil auditorlar və/və ya konsultantlarla işin əlaqələndirilməsi, maliyyə və operativ daxili nəzarət mexanizmlərinin səmərəliliyinin öyrənilməsi.

Hesabat verir: MD-yə

Əsas öhdəliklər:

• Departamentin büdcəsinin hazırlanması ilə bağlı təklif irəli sürmək və məntiqi düzgünlüyünü yoxlamaq;
• Büdcə məlumatlılığını bütün departamentlər və bölmələr üzrə bütün şirkət daxilində təmin etmək;
• Şirkətdə departament büdcələrinin hazırlanmasını əlaqələndirmək;
• Yüksək Rəhbərliyin və/və ya Direktorlar Şurasının tələb etdiyi mümkün ssenariləri hazırlamaq və hesabat vermək;
• Aylıq mühasibatlıq bağlanmalarının nəzarət edilməklə, hesabat və audit dövrlərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək;
• Şirkətin Yüksək rəhbərliyi və DŞ üçün aylıq maliyyə və əməliyyat göstəriciləri hesabatlarını hazırlamaq;
• Səhmdarlar üçün aylıq hesabatları və hesabat paketlərini hazırlamaq;
• Sorğulara uyğun olaraq audit və konsaltinq şirkətləri ilə əməkdaşlığı təmin etmək;
• İş proseslərinin biznes axınlarının düzgün izlənilməsini təmin etmək, maliyyə riskli sahələri müəyyən etmək, prosesləri təkmilləşdirmək üçün lazımi tədbirlərin görülməsinə nəzarət etmək və təmin etmək;
• Hədəflər, işləyib hazırlama və təlim planlarının müəyyən edilməsində və tabeliyində çalışan işçilərin fəaliyyətinin qiymətləndirməsində MD-yə dəstək olmaq;
• Tabeliyində çalışan işçilərin daha yaxşı səmərəlilik göstəricisinə nail olmalarına və iş məmnuniyyəti əldə etmələrinə kömək etmək üçün onlara hamilik etmək və həvəsləndirmək.

Namizədə tələblər:

Maraqlanan şəxslərin öz CV-lərini mövzu (subject) hissəsində "Büdcə Hesabatlılığı və Nəzarəti üzrə Menecer" yazmaqla hr@azerlotereya.com e-poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox