Bulud əməliyyatları üzrə mütəxəssis

Bulud əməliyyatları üzrə mütəxəssis

PASHA Technology

Elan № 23127

E-poçt ünvanı

23 Fevral

Elan tarixi

30 Mart

Bitmə tarixi

123

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Cloud Architect

Vəzifə

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Əsas öhdəliklər:

  • Hesablama, şəbəkə və saxlama komponentləri (IaaS) üzrə bulud əsaslı İT sistemlərinin idarə edilməsinə və optimallaşdırılmasına dəstək göstərmək.  Nəzarət altında çox istifadəçili mühitdə bulud xidmətlərinin məhsuldarlıq, əlçatımlıq və miqyaslılıq tələblərinə cavab verməsini təmin etməsinə kömək etmək;
  • Bulud infrastrukturu ilə bağlı problemlərin həllinə kömək etməklə, ehtiyac yarandıqda müştərilərlə əlaqə qurmaq. Bulud xidmətlərinin müştərilərin istismar gözləntilərinə və biznes ehtiyaclarına cavab verməsini təmin etmək üçün komandanı dəstəkləmək;
  • Müştərilərin iş yüklərinin təcrid olunmasını və səmərəli şəkildə yerinə yetirilməsini təmin etməklə, təhlükəsizlik və uyğunluq üzrə qabaqcıl təcrübələrə riayət etməklə, çox istifadəçili mühitdə resursların düzgün bölüşdürülməsinə nəzarət etməyə və təmin etməyə kömək etmək;
  • İnsidentin aradan qaldırılması məqsədilə ITIL-in qabaqcıl təcrübələrinə əməl etməklə bulud infrastrukturu problemləri üçün Səviyyə 1 və Səviyyə 2 dəstəyini təmin etmək. Təkrarlanan problemlərin qarşısını almağa kömək edərkən insidentlərin izlənməsini, eskalasiyasını və tez bir zamanda həllini təmin etməyə kömək etmək;
  • Bulud əməliyyatlarının təkmilləşdirilməsi üçün sahələri müəyyən etmək məqsədilə yüksək səviyyəli komanda üzvləri və digər şöbələrlə əməkdaşlıq etmək. Avtomatlaşdırma, məhsuldarlıq və müştəri məmnuniyyəti ilə bağlı təkmilləşdirmələrin həyata keçirilməsinə kömək etmək;
  • Sistemin məhsuldarlığı, insidentlər və həllər haqqında aydın, qısa hesabatların hazırlanmasına kömək etmək. Gələcəkdə istinad etmək məqsədilə dəqiq qeydləri təmin etmək üçün proseslər və insidentlərə dair sənədlərin saxlanmasına kömək etmək;
  • Rəvan inteqrasiyanı və xidmətlərin yerinə yetirilməsini təmin etməklə üçüncü tərəf təchizatçıları və xidmət təminatçıları ilə əlaqələrin idarə edilməsinə dəstək göstərmək. Təchizatçının məhsul keyfiyyəti  göstəricilərinin izlənməsinə, eləcədə əməliyyat gözləntiləri və müqavilələrlə uyğunluğun təmin edilməsinə kömək etmək;
  • Daxili və müştəri yönümlü bulud mühitləri üçün sabit qoşulma və məhsuldarlığı təmin etməklə yüksək səviyyəli mühəndislərin rəhbərliyi altında datacenter şəbəkə arxitekturasının işlənib hazırlanmasına və optimallaşdırılmasına töhfə vermək;
  • Qabaqcıl məlumatların saxlanması həlləri üzrə təcrübə əldə etməklə yanaşı, məlumatların təqdim edilməsi,  məhsuldarlıq və nasazlığın aradan qaldırılması  
  • tapşırıqlarına diqqət yönəltməklə həm yerli, həm də bulud əsaslı məlumatların saxlanması sistemlərinin idarə edilməsinə köməklik etmək;
  • Nəzarət altında resurs bölgüsü və nasazlıqların aradan qaldırılması kimi gündəlik işlərə kömək etməklə VMware, Hyper-V və RHEV kimi virtuallaşdırma platformalarına dəstək vermək;
  • Müştərilərə iş yüklərinin “PAŞA Technology” şirkətinin bulud xidmətlərinə miqrasiya edilməsində, rəvan keçidin təmin edilməsində və davamlı idarəetmə və optimallaşdırma prosesini öyrənməkdə dəstək olmaq üçün yüksək səviyyəli komanda üzvləri ilə birlikdə çalışmaq;
  • Windows və Linux bulud sistemləri üçün giriş səviyyəsində idarəetməni təmin etmək, yüksək əlçatanlığı və təhlükəsizliyi dəstəkləmək və yüksək səviyyəli komanda üzvlərinin nəzərinə mürəkkəb məsələləri çatdırmaq;
  • Bulud infrastrukturu və tətbiqlərinin rəvan işləməsini təmin etmək üçün yerli proqram təminatı ilə bağlı problemlərin həllində köməklik göstərmək. Lazım gəldikdə, proqram təminatı ilə bağlı problemlər üçün operativ dəstəyi təmin etmək;
  • “PAŞA Technology” şirkətinin data mərkəzlərinin əməliyyat vəziyyətinin saxlanmasına və təkmilləşdirilməsinə, onların əməliyyat və səmərəlilik standartlarına cavab verməsini təmin etməyə töhfə vermək;
  • “PAŞA Technology” şirkətinin İnformasiya Təhlükəsizliyi Siyasətinə və Məqbul İstifadə Siyasətinə tam şəkildə əməl etmək;
  • “PAŞA Technology” şirkətinin Dəyişikliklərin İdarə edilməsi Təlimatlarına tam şəkildə əməl etmək;
  • “PAŞA Technology” şirkətinin bütün inzibati tələblərinə tam şəkildə əməl etmək
  • Rəhbərlik tərəfindən həvalə edilən vəzifə ilə bağlı digər tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Mühəndislik və ya texniki elmlər kimi dəqiq elmlər üzrə dərəcəyə üstünlük verilir
  • İT sertifikatları: Microsoft (MCP, MCSA) , Red Hat Certified ( RHCSA , ​​RHCE), VMware
  • Cisco, Palo Alto-dan əlavə şəbəkələşmə sertifikatlarına üstünlük verilir.

Təcrübə və bacarıqlar

  • Mürəkkəb mühitin idarə olunması üzrə 2 ildən yuxarı təcrübə
  • Dəyişiklik və Buraxılışın İdarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə Təfərrüata diqqət, təşkilatçılıq bacarığı və problemi həll etmə bacarığı.
  • Bulud platformaları (AWS, Azure və ya GCP) haqqında baza bilgisi və ya anlayış 
  • Virtuallaşdırma texnologiyaları və konteynerləşdirmə (məsələn, VMware, Docker, Kubernetes) ilə tanışlıq 
  • Windows və ya Linux server idarəetməsi üzrə müəyyən təcrübə  
  • Əsas şəbəkə konsepsiyaları (DNS, DHCP, Yük balanslaşdırılması) haqqında bilgi
  • Güclü ünsiyyət bacarıqları və komandada işləmək bacarığı 
  • Bulud əməliyyatları və DevOps təcrübələri üzrə bacarıqları öyrənmək və inkişaf etdirmək istəyi 

Kompüter Bilikləri

  • Microsoft Windows OS, MAC OS, Linux (üstünlük kimi) əməliyyat sistemlərində işləmə bacarığı.
  • MS Office proqramları and Microsoft Bulud məhsulları və abunəlikləri illə işləmə bacarığı.
  • Data Mərkəz mühitində və Tier standartları barədə biliklər üstünlükdür.
  • Bulud modelləri və Bulud məlumat təhlükəsizliyi barədə biliklər üstünlükdür.              

Dil bilikləri:

  • Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 23127

E-poçt ünvanı

23 Fevral

Elan tarixi

30 Mart

Bitmə tarixi

123

Baxılıb

Premium et
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin aktivlik müddətinin sonunadək orada qalacaq.

XİDMƏTİN MÜDDƏTİNİ SEÇİN

Ödəniş etməklə sayt istifadəçi razılaşmasınısayt qaydalarını qəbul etmiş olursunuz.

Elanın irəli çəkilməsi

Ödəniş etməklə sayt istifadəçi razılaşmasınısayt qaydalarını qəbul etmiş olursunuz.

Укажите причину жалобы на вакансию "Курьер"