Bakı
Marketinq menecment
Razılaşma ilə
Tam-ştat
Ali
17 dekabr 2020
16 yanvar 2021
Business Development Consultant
Vəzifə öhdəlikləri:
• Yeni istehsalçıların müəyyən edilməsi, mütəmadi daxili və xarici bazarın monitorinqinin həyata keçirilməsi;
• Rəqiblərin qiymət və marketinq təkliflərinin müəyyən olunması;
• Marketinq və biznesin inkişafında yeni dərman preparatlarının araşdırılması;
• Yeni dərman şirkətlərinin və satış kanallarının müəyyən olunması, onlarla əməkdaşlığın təmin edilməsi;
• Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edilməsi;
• Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə, maliyyə və layihə hesabatlarının aparılması;
• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Analitik hesabatların hazırlanması;
İş şəraiti:
• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Namizədə tələblər:• Ali təhsil (Maliyyə, Marketinq);
• Tibbi sahə və dərman preparatları üzrə biliklər;
• Satış və ya marketinq üzrə 3-5 il iş təcrübəsi;
• Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
• Dəqiqlik, operativlik;
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.