Vəzifə və öhdəliklər:
- Layihələr üçün yeni komponentlərin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi
- Mövcud skriptlərdə dəyişikliklərin edilməsi və onların optimallaşdırılması
- Mövcud sistemlərə əlavələrin edilməsi və onların təkmilləşdirilməsi
- Proqram təminatının işinin optimallaşdırılması və performansının artırılması
- Yazılan kodların test edilməsi, yaranan problemlərin analizi və aradan qaldırılması
- Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemlərin həll edilməsi
- Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək
- Vəzifəsi üzrə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Təhsil və ixtisas tələbləri
- Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir
İş təcrübəsi
- Müvafiq sahə üzrə minimum 2 il
Bilik və bacarıqlar:
Gərəklidir:
- OOP, Clean coding, Design Patterns və SOLID prinsipləri üzrə biliklər
- Parallel computing, Multithreading, Asynchronous programming üzrə biliklər
- RESTFUL və SOAP web-services üzrə biliklər
- C# (OOP), Asp.Net MVC, ASP.NET WebForms və .NET Core üzrə biliklər
- HTML/CSS/Javascript üzrə biliklər
- MSSQL (T-SQL) və NoSQL üzrə biliklər
- Git/TFS üzrə biliklər
Üstünlük verilir:
- Automated testing üzrə biliklər
- Microservice arxitekturasi üzrə biliklər
- Message bus, Message broker, Message queue üzrə biliklər
- Test Driven Development, Domain Driven Design üzrə biliklər
Son müraciət tarixi: 04.10.2024