Tələblər:
- Tam orta təhsil
- Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır
- Bakı şəhər üzrə əraziləri tanımalıdır
- Naviqasiya proqramlarından istifadə etmək bacarığı olmalıdır
- Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq
- Yaş 20-40
- Komandada işləmək bacarığı
- Punktual, məsuliyyətli, detallara diqqətli
Vəzifələr:
- Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılması
- Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsi
- Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
- WhatsApp və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsi
- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsi
- Çağrı Mərkəzi vasitəsilə satışları həyata keçirmək
- Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsi
- Tələb olunan hesabatların tərtib olunması
- Müştəri məmnuniyyəti üçün çalışmaq
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən
- Əmək haqqı 500 azn və nahar pulu
Maraqlananlar CV-lərini “Çağrı mərkəzinin operatoru” başlığı altında elektron ünvanına göndərə bilərlər.