Çahrı mərkəzinin rəhbəri

Çahrı mərkəzinin rəhbəri

Pizza Mizza
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    23 aprel 2024

  • Bitmə tarixi

    02 iyun 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Bölmə rəhbəri vakansiyaları üçün bura keçid edin!

“Pizza Mizza” MMC-yə Çağrı mərkəzinin rəhbəri tələb olunur.

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə məlumat:

  • Çağrı mərkəzi bölməsinin işinin idarə olunması
  • Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi
  • Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılmasına nəzarət etmək və zəruri hallarda icra etmək
  • Təqdim edilmiş maliyyə və əməliyyat hədəflərinə çatmaq üçün işin təşkili
  • Çağrı mərkəzi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi
  • Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsinə nəzarət edilməsi
  • Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
  • WhatsApp və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsinə nəzarət etmək
  • Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsinə nəzarət etmək
  • Çağrı Mərkəzi vasitəsilə satışların düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək
  • Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsinə nəzarət etmək
  • Müştəri məmnuniyyəti üçün çalışmaq

Namizədə tələblər:

  • Ali təhsil
  • Çağrı mərkəzinin rəhbəri kimi minimum 1 il təcrübə
  • Komanda idarəetmə təcrübəsi mütləqdir
  • MS Office, xüsusən Excel ilə yüksək səviyyədə işləmək bacarığı olmalıdır
  • Bakı şəhər üzrə əraziləri tanımalıdır və naviqasiya proqramlarından istifadə etmək bacarığı olmalıdır
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq
  • Komandada işləmək bacarığı
  • Punktual, çevik, məsuliyyətli, detallara diqqətli

İş şəraiti:

  • Gənc və mehriban kollektivdə iş
  • İş vaxtı 6 günlük.

Elan #853369

  • 7446

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox