Diqqət! Bu elanın vaxtı bitib. Çağrı mərkəzinin rəhbəri vakansiyaları üçün bura daxil olun.
Elan № 18363
Çağrı mərkəzinin rəhbəri vakansiyaları
Çağrı mərkəzinin rəhbəri vakansiyaları
27 İyun 2024
Elan tarixi
06 Avqust 2024
Bitmə tarixi
2914
Baxılıb
İş məlumatları
Bakı
Şəhər
Bölmə rəhbəri
Vəzifə
1 ildən 3 ilə qədər
İş stajı
Tam-ştat
İş rejimi
Xidmət
Sahə
Operator
Kateqoriya
İş barədə məlumat
Pizza Mizza'nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
“Pizza Mizza” MMC-yə “Çağrı mərkəzinin rəhbəri” tələb olunur.
Pizza Mizza MMC ailəsi, restoranlarımızın Çağrı Mərkəzi əməliyyatlarına rəhbərlik edəcək Çağrı Mərkəzi Rəhbəri axtarırıq. Çağrı Mərkəzi Rəhbəri, Pizza Mizza-nın müştəri xidmətləri və satış standartlarını qorumaq, müştəri məmnuniyyətini təmin etmək və departamentin fəaliyyətini səmərəli şəkildə təşkil etmək üçün məsuliyyət daşıyır.
Vəzifələr:
- Çağrı Mərkəzi bölməsinin gündəlik əməliyyatlarını idarə etmək və səmərəli şəkildə təşkil etmək.
- Müştərilərin zənglərinin peşəkar və nəzakətli şəkildə qəbul olunmasına və sifarişlərin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət etmək.
- Çağrı Mərkəzi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi üçün təlim proqramlarını hazırlamaq və həyata keçirmək.
- Təqdim edilmiş maliyyə və əməliyyat hədəflərinə çatmaq üçün işin təşkili və nəzarət.
- Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsinə nəzarət etmək.
- WhatsApp və onlayn platformalar üzərindən sifarişlərin qəbul edilməsinə nəzarət etmək.
- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsinə nəzarət etmək.
- Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək.
- Çağrı Mərkəzi vasitəsilə satışların düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək.
- Müştərilərə məhsul, endirim, aksiya və yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsinə nəzarət etmək.
- Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılmasına nəzarət etmək və zəruri hallarda icra etmək.
- Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması.
- Çağrı Mərkəzinin performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək.
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi.
- SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək.
- Bölmənin işini və işçilərin performansını ölçmək, analitik işlər aparmaq və müxtəlif hesabatlarla işləmək.
- Bölmənin satış məqsədlərinə nail olmaq üçün strateji planlar hazırlamaq və həyata keçirmək.
Tələblər:
- Müştəri xidməti və zəng mərkəzi idarəçiliyi sahəsində təcrübə.
- Yüksək səviyyədə ünsiyyət və rəhbərlik bacarıqları.
- Problem həll etmə qabiliyyəti və münaqişə idarəetmə bacarıqları.
- Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
- Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
- Müştəri məmnuniyyətinə yönəlmişlik.
- Fərqli növbələrdə işləmək bacarığı.
İş şəraiti:
- Gənc və mehriban kollektivdə iş
- İş vaxtı 6 günlük
- Əmək haqqı müsahibə əsasında.
- Nahar şirkət tərəfindən aylıq ödənilir.
- Əmək haqqı namizədin təcrübəsinə əsasən, müsahibə zamanı təyin olunacaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Operator vakansiyaları isbu.az-da - Axtardığın işbu!
OXŞar vakansİYALAR
Portuqal dilli Müştəri Xidmətləri üzrə Mütəxəssis
Teleperformance
İspan dilli Müştəri Xidmətləri üzrə Mütəxəssis
Teleperformance
Alman dilli Müştəri Xidmətləri üzrə Mütəxəssis
Teleperformance
Ukrain dilli Müştəri Xidmətləri üzrə Mütəxəssis
Teleperformance
Əlavə xidmətlər üzrə operator
Kontakt Home
Operator
Kontakt Home
Çağrı mərkəzi operatoru
Kontakt Home
Onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator (Cəlilabad)
Kontakt Home
Resepşn
5 Doors
Onlayn sifarişlərin toplanması üzrə məsləhətçi Olivia - (Kosmetika və baxım)
Kontakt Home
Məsafədən Bankçılıq İdarəsinin Çağrı mərkəzi
Xalq Bank
Burğulama operatoru ( mebel üzrə deşmə dəzgahında)
Kontakt Home
Operator
Ayru Estetik Mərkəzi
Operator
Baku Chekup Mərkəzi
Call-Center Operator
Saat Store
Customer Service Representative
Positive Call Center
Elan № 18363
Çağrı mərkəzinin rəhbəri vakansiyaları
Çağrı mərkəzinin rəhbəri vakansiyaları
27 İyun 2024
Elan tarixi
06 Avqust 2024
Bitmə tarixi
2914
Baxılıb