Bakı
Operator
300 AZN
Frilans
Orta
14 noyabr 2022
14 dekabr 2022
ACT Azerbaijan şirkəti sosial və biznes araşdırmaları sahəsində karyerasını qurmaq istəyənlər üçün yeni bir layihədə iş imkanı təklif edir!
Hal-hazırda telefon sorğusu üçün operator vakansiyamız mövcuddur. Zəhmət olmasa, linkə keçid edin:
https://forms.gle/FwwiFwK8tJKKyxZw8
Sizin üçün maraqlı olacaq sualları və cavablarını bir araya topladıq. ACT Azərbaycan ailəsinin bir üzvü olmağınıza ümid edir və uğurlar arzulayırıq!
Şirkət barədə:
ACT (Analysis & Consulting Team / Analiz və konsultasiya heyəti) –Gürcüstan, Azərbaycan və Qazaxıstanda ofisləri olan keçmiş Sovet, eləcə də Şərqi Avropa ölkələrində fəaliyyət göstərən qlobal tədqiqat və konsultasiya şirkətidir.
Mənim işim nədən ibarət olacaq?
Qida əlavələri haqqında insanların fikirlərinin öyrənilməsi (satış deyil) üçün telefon sorğusu keçirəcəksiniz. Sizə planşet, telefon və nömrələr təqdim olunacaq.
ş müddəti nə qədərdir?
Şirkətdə müxtəlif layihələr mövcuddur. Vakansiya elan etdiyimiz layihənin müddəti 1 ay təşkil edəcəkdir. İşində məsuliyyətli, insanlarla kommunikasiyası güclü olan şəxslərin daimi olaraq əksər layihələrdə çalışmasına şərait yaradılacaq.
İş saatları nə qədərdir?
11:00 - 19:00. Part-time işləmək istəyənlər üçün şərait yaradılacaqdır.
Bu iş mənə nə qazandıracaq?
İnsanlarla kommunikasiya bacarığınız inkişaf edəcək, nitqiniz təkmilləşəcək, layihə müddətində yeni dostlar,əməkdaşlıqlar qazanacaqsınız. Layihədə iştirakını uğurla bitirmiş şəxslər arzuladıqları təqdirdə sertifikat ilə təmin olunacaqdır. Qeyd edək ki, şirkətdə eyni zamanda bir neçə layihə olduğundan digər paralel davam edən və ya növbəti layihələrdə işləmək üçün şərait yaradıla bilər.
Bu layihədən nə qədər pul qədər qazana bilərəm?
İşləyəcəyiniz müddətdən və bacarığınızdan asılıdır. Ortalama sorğu müddəti 20 dəqiqədir və bir gün ərzində təqribən 15-20 manatlıq anket işləmək olar. Ödənişlər proyekt bitdikdən sonra sorğunun düzgün götürülməsi yoxlanıldıqdan sonra ödəniləcəkdir.
Əlavə sual yaranarsa, aşağıdakı əlaqə məlumatlarından istifadə edə bilərsiniz:
Whatsapp: +994775692125
Zəng: +994775692125
Namizədə tələblər:
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.