Tələblər :
- Ali və yaxud Texniki təhsil;
- Ofis proqramlarını orta dərəcədə istifadə edə bilmə
- Komanda ilə işləmək bacarığı
- Verilən cizgilərin oxunması və proqrama daxil edilməsi
- Nəzarət-ölçü (ştangerpərgar, mikrometr, indikator və s.) alətlərindən düzgün istifadə edə bilməli;
- İlkin riyazi hesablama bacarığı olmalı;
Qeyd: Bu sahədə təcrübəsi olmayan lakin potensialı olanlar əlavə təlim ilə bu vəzifəyə şirkətimiz tərəfindən hazırlanacaq.
Vəzifə və öhdəlikləri:
- İstifadəsinə təhkim edilən frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilmək;
- CNC frez dəzgahında kobud və təmiz emal əməliyyatlarını sərbəst şəkildə yerinə yetirmək, alətləri və pəstahı dəzgaha tanıtmaq, alət və ucluqları yenisi ilə dəyişmək və dəzgaha yerləşdirmək;
- Emal olunacaq detala müvafiq emal alətlərini, ucluqları, ölçü alətlərini seçə bilmək;
- Nəzarət-ölçü cihazlarından düzgün istifadə edə bilmək;
- Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etmək;
- Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etmək;
- İş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmək;
- Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların qorunması və profilaktik xidmətinə nəzarət etmək;
- İşləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etmək;