Copywriter

Ferrum Capital QSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kopiraytinq

  • Maaş

    500 - 800 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    07 aprel 2022

  • Bitmə tarixi

    07 may 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Copywriter vakansiyaları üçün bura keçid edin!

Copywriter

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Marketinq bölməsində Copywriter vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Copywriter nə iş görür?

  • Şirkətin məhsul və xidmətləri ilə bağlı yaradıcı kampaniya təkliflərini təqdim etmək;
  • Sosial Media üçün kontent yaratmaq, kreativ post ideyaları hazırlamaq, mətnlərin yazılması və redaktə edilməsi;
  • Kampaniyalar üçün sloqanlar düşünmək;
  • Müştərilərin diqqətini cəlb edəcək mətnlər hazırlamaq və yaradılan kontentlərin nəticələrini analiz etmək;
  • Video kontentlər üçün ssenarilər hazırlamaq;
  • Ehtiyac olduğu halda bütün növ reklam, PR mətn və ideyalarının hazırlanması.       
  • 5 günlük iş qrafiki: 09:30 – 18:30
  • Əmək haqqı: 500-800 AZN

Əlavə məlumat

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Copywriter” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Namizədə tələblər:

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-29 yaş aralığında gənclər;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı düşüncə;
  • Maraqlı portfolioya sahib olmaq;
  • Azərbaycan dilində mükəmməl yazma qabiliyyəti (əlavə xarici dil üstünlükdür);
  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi (Reklam agentliyində təcrübəsi olanlara üstünlük veriləcək)

Elan #844690

  • 4442

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox