Proqram sizə nələr qazandıracaq:
- Bank sferasında analitika və data üzrə biliklərə yiyələnmək;
- Yeni texnologiyalarla, qabaqcıl analitik modellərlə tanış olmaq və biznesin inkişafı üçün yeni analitik modellər qurmaq;
- Güclü və böyük kross-funksional komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
- Təcrübədən sonra Kapital Bank-da karyera qurmaq şansı əldə etmək;
- Məsafədən (remote) işləmə imkanı qazanmaq.
Namizədə tələblər:Proqrama kimlər müraciət edə bilər:
- Data sahəsi üzrə məzunlar/tələbələr və ya bu sahəyə maraq göstərən ilkin biliklər qazanmış namizədlər;
- Ölkənin ilk rəqəmsal bankında data sahəsində çalışan peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək istəyənlər;
- Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.
Namizədə tələblər:
- SQL üzrə biliklər;
- Güclü analitik düşünmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı;
- Python, R, SPSS kimi alətlərlə işləmə qabiliyyəti arzu olunandır;
- Tableau və yaxud digər vizualizasiya proqramlar üzrə biliklər üstünlükdür;
- Agile metodologiyası haqqında biliklər üstünlükdür.