Öhdəliklər:
- Məlumat bazaları, DWH arxitekturası barədə, ETL və ELT proseslərindən məlumatlı olmaq üstünlükdür
- SQL proqramlaşdırma dilini bilməsi tələb olunur
- BI alətləri (Tableau, Tibco, Oracle BI Publisher və s.) ilə tanış olmaq üstünlükdür.
Bu təcrübədə iştirak etmək sizə nələr qazandıracaq?
- Real layihələrdə işləyərək öyrənmək imkanı;
- Güclü və böyük kross funksional komandadın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
- Yeni texnologiyalarla, qabaqcıl analitik modellərlə tanış olmaq və biznesin inkişafı üçün yeni analitik modellər qurmaq;
- 3 ay sonu Kapital Bank-da karyera qurmaq şansı.
Kimlər müraciət edə bilər:
- Data sahəsinə marağı olan bakalavr son kurs tələbələri, magistr tələbələri,universiteti yeni bitirən məzunlar;
- Ölkənin ilk rəqəmsal bankında data sahəsində çalışan peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək istəyənlər;
- Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər;
- Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.