Data Science Academy komandamıza data əsaslı şirkətdə təcrübə keçmək istəyən “Rəqamsal Marketinq, Qrafik dizayner, Satış üzrə” təcrübəçilər axtarır!
Rəqamsal marketinq üzrə təcrübə proqramı barədə məlumat:
- Paylaşımlar üçün kontent hazırlanması prosesində kreativ direktor və kopirayterin araşdırma və digər tapşırıqlarının icrasında iştirak.
- Paylaşımların sosial şəbəkələrdə nə zaman paylaşılması haqqında analizlər aparılması və prosesin icrasını həyata keçirmək;
- Meta üzərində reklamların idarə edilməsi istiqamətində rəqəmsal marketing mütəxəssisinin tapşırıqlarını icra etmək və bu istiqamətdə tapşırılan yeni bilikləri öyrənmək və bunun üçün həvəsli olmaq;
Namizəd üçün tələblər:
- Təşəbbüskarlıq, operativlik və problem həlletmə bacarıqları;
- Rəqəmsal marketinq sahəsində ilkin biliklər
Satış üzrə təcrübə proqramı barədə məlumat:
- E-mail və zəng vasitəsi ilə müştərilərlə əlaqə saxlanılması;
- Müştərilərə təlimlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
- Satış analizinin həyata keçirilməsi;
- Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi;
- Hesabatların vaxtında hazırlanıb təhvil verilməsi üçün marketinq mütəxəssinin tapşırıqlarını icra etmək
- Marketinq sahəsinə həvəs və yeni biliklər öyrənmək istəyi
Namizəd üçün tələblər:
- Ali Təhsil;
- MS Office, Google Sheets tool-larını bilməli;
- Data və Marketinq sahəsinə həvəs və öyrənmək istəyi
Qrafik dizayn üzrə təcrübə proqramı barədə məlumat:
- Müxtəlif dizayn layihələrinin icrası zamanı hazır dizaynları redaktə edə biləcək dizayn bacarıqlarının olması (reklam materialları, sosial media postları və s.)
- Dizayn üzər peşəkar təcrübə əldə etməyə və öyrənməyə həvəsli olması
Namizəd üçün tələblər:
- Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) proqramlarında ən az ilkin səviyyədə bacarıq