- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək;
- Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
- Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
- Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
Namizədə tələblər:
- İT/maliyyə/data analitika/risk/ məshul və proseslərin idarəedilməsi sahələrində minimum 2 illik təcrübəyə;
- Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara;
- Yüksək fərdi xüsusiyyət və dəyərlərə:
- Analitik və kritik düşünmə,
- Təşəbbüskarlıq və əzmkarlıq,
- Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
- Məsələlələrə mikro və makro baxış,
- Yüksək ünsiyyət bacarıqları,
- Davamlı inkişaf həvəsi və s.
- Azərbaycan, ingilis və ya rus dili biliklərinə;
- Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarıqlarına sahib olan;
- Vətəndaş qüsursuzluğu olan şəxsdir.
QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.
- İT - Kiber təhlükəsizlik, kodlaşma, İT və rəqəmsal fraud analitikası və sistem inzibatçılığı üzrə təcrübə, CISA, CIA, CISSP, CRISC, ITIL, CISM, CRMA, ISSMP və s. aidiyyəti sertifikatlar
- Maliyyə - Bankların maliyyə strukturlarında və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar
- Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi, QlikSense, SQL, Phyton, VBA və s. data analitika proqramlarını bilmə
- Risk – Əməliyyat, kredit və IT risklər sahəsində təcrübə, FRM,CERA, CRM, PRM, ISO31000 və s. aidiyyəti sertifikatlar
- Məhsul və proseslərin idarəedilməsi – Məhsul sahibi, biznes analitik, scrum master, biznes proseslərin optimallaşdırılması və layihələrin idarə edilməsi sahəsində təcrübə, PMP, PBA, CSM, ACP, CPM və s. aidiyyəti sertifikatlar