Öhdəliklər
- Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
- Daxili kommunikasiya kanallarının idarə edilməsi;
- Daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası;
- Daxili korporativ intranet portalının idarə olunması;
- Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün görüşlər, fokus qrupların və s. keçirilməsi;
- Müxtəlif layihələr və tədbirlərin təşkili;
- Kreativ ideyaların təklif edilməsi.
Tələblər
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilirsiniz. Sizə müasir canlı dildə ünsiyyət qurmaq maraqlıdır.
- Sizdə üslub və yumor hissi var. Müasir həyatı yaxşı hiss edirsiniz və insanlarla ünsiyyətdən zövq alırsınız.
- Sizə yazmaq, redaktə və tərcümə etmək maraqlıdır, bunu başqalarına da öyrədə bilərsiniz.
- Kommunikasiya sahəsində işləmisiniz. 2 ildən artıq təcrübəniz var.
- Böyük ehtimalla siz filologiya, marketinq, rabitə və ya reklam istiqaməti üzrə təhsil almısınız.
- Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlərə sahibsiniz.
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin -https://bit.ly/3JfQX9T