Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə mütəxəssis/aparıcı mütəxəssis

Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə mütəxəssis/aparıcı mütəxəssis

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    26 fevral 2025

  • Bitmə tarixi

    02 aprel 2025

 

Vəzifə və öhdəliklər:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqinin aparması;
  • Risklərə nəzarət və qiymətləndirilmənin aparılması;
  • Risklərin qarşısını almaq/azaltmaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsinin izlənilməsi;
  • Yaranan riskləri proaktiv şəkildə təhlil etmək və potensial dələduzluq hallarının qarşısını almaq üçün əsas risk göstəriciləri və ölçülərinin müəyyənləşdirilməsi;
  • Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması, araşdırılması;
  • Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması məqsədilə strategiyaların hazırlanması;
  • Proseslər üzrə mövcud risk nəzarət mexanizmlərinin monitorinqinin keçirilməsi;
  • Dələduzluq halları üzrə araşdırma / Daxili nəzarət yoxlaması üzrə nəticələrə dair hesabatların hazırlanması, rəhbərliyə və maraqlı tərəflərə təqdim edilməsi;
  • Analitik hesabatların hazırlanması;
  • Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.

 

Biliklər:

  • Ali təhsil (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə)
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Audit, Risk və Maliyyə sahələri üzrə ən azı 2 illik təcrübə;
  • Azərbaycan dilində səlis danışıq və korporativ yazı qabiliyyəti;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı
  • Hesabatların hazırlanmasına dair təcrübənin olması
  • İngilis və Rus dili biliyi üstünlükləri;
  • Peşəkar sertifikata (CFE, CİA, ACCA) üstünlük verilir.
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Daxili nəzarət prinsipləri, risklərin idarə edilməsi metodologiyaları haqqında güclü anlayış.

 

Bacarıqlar:

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Mürəkkəb məlumatları şərh etmək və dələduzluq fəaliyyətlərini göstərən nümunələri müəyyən etmək bacarığı, güclü analitik bacarıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; 
  • Eyni anda birdən çox layihəni idarə etmək bacarığı.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox