Bakı
Mühasibat
Razılaşma ilə
Tam-ştat
Ali
26 avqust 2021
25 sentyabr 2021
Məhsulların online satışını həyata keçirən Mandarin.az Debitor borc üzrə mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq!
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
● Debitor borclarının izlənməsi və təhlili;
● Şübhəli Debitor borclarının müəyyən edilməsi;
● Aging hesabatlarının hazırlanması;
● Avans sahiblərinin balanslarına nəzarət etmək;
● Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
● Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
● Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
● Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
● Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
● Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
● Açıq PM və AR hesablarının qısa zamanda ödənilməsi və yaxud ödənişə zəmanətin alınması;
● Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının Opera PMS/Fidelio sistemində bağlanılması;
● Ayda ən azı bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
● Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
● Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
● Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
● Ali təhsilli olmalı;
● Maliyyə sahəsində 1-3 illik təcrübə;
● Güclü proses və planlaşdırma düşüncəsi;
● İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
● Microsoft Word, Excel, PowerPoint, Günəş,Opera PMS komputer proqramları ilə orta səviyyədə bilik olmalı;
● Yaxşı elektron cədvəl və yazı bacarıqları olmalı;
● Sürətli qərar qəbuletmə bacarığı olmalı;
● Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
● Yaş həddi: 22-35.
İş qrafiki: 5 günlük, həftədə iki dəfə qrafikə əsasən istirahət
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.
Vakansiyaya müraciət üçün CV-nizi “HJ Debitor borc üzrə mühasib” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.