Vəzifə və öhdəliklər:
- Sığorta müqavilələri üzrə sığorta haqqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi;
- Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması;
- Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi;
- Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə və ya hesablara yönləndirilməsi;
- Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası;
- Analitik hesabatların hazırlanması;
- Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi;
- Mövcud siyasətin davamlı qiymətləndirilməsi və prosesin təkmilləşdirilməsi üçün tövsiyələr vermək;
- Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.
Biliklər:
- Ali təhsil: Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, Mühasibat uçotu və ya oxşar sahə üzrə;
- Təcrübə: Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində arzuolunandır;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus dili üzrə səlis yazılı və şifahi biliklər
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər
Bacarıqlar:
- Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;
- Səlis danışıq qabiliyyəti;
- Vaxt idarəetmə bacarığı;
- Məlumatların məxfiliyinin qorunub saxlanılması;
- Detallara diqqət və analitik bacarıqlar;
- Təşəbbüskarlıq;
- İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;
- Stres altında işləmək qabiliyyəti
Son müraciət tarixi: 27.10.2024