Digital Marketing Manager

Digital Marketing Manager

Gamboo
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Rəqəmsal marketinq

  • Maaş

    700 - 1100 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    05 may 2022

  • Bitmə tarixi

    04 iyun 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Rəqəmsal (Digital) Marketinq mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Şirkət adı: Gamboo

Digital Marketing Specialist

Dostlar, 6 aydır ki, aktiv olaraq üzərində işlədiyimiz və qlobal bazarı hədəflədiymiz startapımız üçün yeni komanda yoldaşı axtarırıq. Əvvəlcə layihə haqqında qısa məlumat verim. Məqsədimiz Proqramlaşdırma, Süni İntellekt, Data Science kimi texniki sahələr üzrə iş simulasiyasına əsaslanan platforma ilə ilk öncə Türkiyə, daha sonra isə Amerika bazarına açılmaqdır. İlkin investisiyamızı əldə etmişik və indi də 7 nəfərdən ibarət olan komandamıza “Əjdaha” bir “digital marketing specialist” axtarırıq. 

İlk öncə komandamıza qatılmaqla nə əldə edəcəksiniz, onları qeyd edək:

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq 700-1100 AZN aralığında dəyişəcəkdir. 
  • Mehriban kollektivlə işləmək şansı (yemək aralarında aşbazlıq yarışı keçirdiyimiz doğrudur.)
  • Startup mühiti, korporativ stildə deyil də, “flat” rejimdə fəaliyyət.
  • Rəsmi müqavilə əsasında çalışma. 
  • Ən əsası, birlikdə davamlı şəkildə bir-birimizdən öyrənəcəyimiz, inkişaf edəcəyimiz bu proqressiv yolda birlikdə addımlayacağımız səmimi mühitin mövcudluğu.

Görüləcək işlərdən danışaq:

  • Startapın məqsədini irəli aparan və dəstəkləyən geniş marketinq strategiyalarının hazırlanması.
  • Həm B2B, həm də B2C-ə yönəlmiş bütün rəqəmsal, brend və digər marketinq qollarında iştirak.
  • Şirkətin brendin strategiyası əsasında sosial media marketinq fəaliyyətini effektiv şəkildə həyata keçirməsi.
  • Marketinq kompaniyaları üçün büdcələr yaradılması və onların idarəsi. ROI izlənilməsi və hesabatın təqdimatı.
  • Brend məqsədlərinin dəstəklənməsi, bu məqsədlər ilə bazara çıxmaq üçün innovativ və qeyri-ənənəvi yolların hazırlanması.
  • Kontentin yaradılması, paylaşılması və saxlanması üçün mövcud təcrübələrdən ən yaxşı şəkildə istifadə.
  • A/B testlər ilə işlənilməsi və bu metodu təcrübə edərək ən ideal yolun tapılması
  • Kontent planının tərtibatı.
  • “Growth Hacking” fəaliyyətləri.
  • SEO, “Google analytics”, “Digital ads” (facebook ads. etc) kimi platformalarda fəaliyyətin aparılması.
  • Prosesdə ehtiyac duyula biləcək bilik və bacarıqların öyrənilməsi. Və hər StartUp-da olduğu kimi “Hamı hər şeyi edəcək” prinsipi ilə bacara biləcəyi hər işi faydalı iş əmsalını nəzərə alaraq mənimsəməsi.

Özünə güvənən, “Gamboo”-nu mən dünyaya tanıdacam” deyən digital marketing-çilər subject hissəsində “Digital Marketing” yazaraq hire@gamboo.io email ünvanına cv\resume lərini göndərsinlər.


Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox