Dizayner - arxitektor

Dizayner - arxitektor

Yelo Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Memar / İnteryer dizaynı

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    28 sentyabr 2020

  • Bitmə tarixi

    28 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Dizayner - arxitektor vakansiyaları üçün bura keçid edin!

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Dizayner - arxitektor

Vəzifə öhdəlikləri:

• Hazır konsept dizaynını mövcud vəziyyətə uyğunlaşdırmaq
• İnteryer proyektin həyata keçirilməsi üçün lazım olan işçi çertyojları hazırlamaq və koordinasiya etmək
• Ölçülərin götürülməsi və mövcud planın hazırlanması
  – Arakəsmə və s. demontaj və montaj planı
  – Mebel yerləşim planı
  – Sabit mebellərin çertyojları
  – Elektrik çıxışların planı
  – Santexnika çıxışların planı
  – Havalandirma, isitmə və soyutma avadanlıqlarının yerləşim planı
  – Tavan planı
  – Döşəmə planı
  – İşıqlandırma cıhazlarının planı
  – Tələb olunan hissələrdə kəsiklərin və düyünlərin çertyojlarının hazırlanması
• Təmir prosesində vaxtaşırı olaraq iş icraçısına çertyojları, görüləcək işləri izah etmək, yekunlaşmış işlərin çertyojlara uyğunluğuna nəzarət etmək
• Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

Namizədə tələblər:

• İnteryer dizayn sahəsində təcrübəli olmaq

• Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili arzuolunandır

• Komanda ilə işləmək bacarığı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Dizayner - arxitektor” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Dizayner / Arxitektor” qeyd etməklə öz CV-lərinizi hr@yelo.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox