İş şəraiti
- Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- Memar Əcəmi-dən servis xidməti mövcuddur
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
İş barədə məlumat
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Tələblər:
- Azərbaycan, rus, ingilis dillərini bilmək vacibdir.
- Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr)
- Müvafiq ixtisas üzrə minimum 5 il iş təcrübəsi
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması
- Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması
- Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı
- MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Qeydlər:
- CV-yə bir ədəd şəkil əlavə olunmalıdır.
- Vəzifəyə aidiyyəti olmayan şəxslər qeydə alınmayacaq
- Müraciət etdiyiniz vəzifəni mövzu yerində “Elektrik mühəndisi” yazaraq picarteryhr@gmail.com ünvanına göndərə bilərsiniz.