• Şəhər

    Bakı

  • Kateqoriya

    Texniki avadanlıq mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    21 yanvar 2025

  • Bitmə tarixi

    25 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Elektronçu vakansiyaları üçün bura keçid edin!

 

Vakansiya: Mühəndis Elektronçu

Şirkət: Innovative Solution Center AZ
İş Yeri: Bakı, Azərbaycan

İş haqqında:
Innovative Solution Center AZ müasir texnologiyalar və innovasiyalarla işləyən peşəkar bir komanda axtarır. Elektronika sahəsində bilik və bacarıqlarınızı yüksək səviyyədə tətbiq etmək istəyirsinizsə, bizimlə işləmək şansı qazanın!

 

Namizədə Olan Tələblər:

  • Elektron avadanlıqların təmiri və diaqnostikası üzrə geniş təcrübə.
  • Komponent və modul səviyyəsində təmir bacarığı.
  • Elektron sxemlərin oxunması və analizində mükəmməl biliklər.
  • Elektron platalardakı nasazlıqları aşkarlamaq və aradan qaldırmaq bacarığı.
  • Lehimləmə avadanlıqları ilə sərbəst işləmə təcrübəsi.
  • Elektron cihazların texniki vəziyyətinin diaqnostikası və baxışı.
  • Elektron ehtiyat hissələrinin təmiri və dəyişdirilməsi.
  • Texniki sənədlər və standartlarla işləmə təcrübəsi.
  • Elektron avadanlıqların istismar qaydalarına dair təlimatlar hazırlamaq bacarığı.
  • Ali texniki təhsil (Elektronika, Elektrik mühəndisliyi və ya müvafiq sahə).
  • Müasir test və diaqnostika avadanlıqlarından istifadə təcrübəsi.
  • PCB dizaynı və plataların çap olunması üzrə təcrübə.
  • PCB dizaynı üçün müvafiq proqramlardan (məsələn, Altium Designer, Eagle, KiCad və s.) istifadə bacarığı.
  • PCB-nin təhlili və optimallaşdırılması üzrə biliklər.
  • Yüksək sürətli və yüksək keyfiyyətli plataların dizaynı və hazırlanması təcrübəsi.
  • Plataların istehsalı üçün texniki sənədlərin (Gerber faylları və digər sənədlər) hazırlanması bacarığı.
  • PCB-nin səhvlərini və nasazlıqlarını aşkar etmək və düzəltmək bacarığı.
  • Yaş həddi: 30 yaşa qədər olan namizədlərin müraciət etməsi xahiş olunur.

 

Əlavə Üstünlüklər:

  • Elektron cihazların avtomatlaşdırılması və proqramlaşdırılması üzrə biliklər.
  • İngilis və ya rus dili bilikləri.
  • İdarəetmə sistemləri ilə işləmə təcrübəsi.
  • Təcrübəli və Hərbi Xidmət Keçmiş namizədlər müraciət etməlidir.

 

Niyə Biz?

  • Müasir texnologiyalarla işləyən peşəkar komanda.
  • Karyera inkişafı və təcrübə qazanma imkanı.
  • Innovativ və texniki layihələrdə iştirak.

 

İş Şəraiti:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək.
  • Əməkhaqqı: Təcrübə və bacarıqlardan asılı olaraq fərdi şəkildə razılaşdırılır. (2000+ AZN)
  • Rəsmi işə qəbul: Əmək Məcəlləsinə uyğun olaraq.

 

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox