Əmək haqqı üzrə mühasib

Əmək haqqı üzrə mühasib

Mandarin.az
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    02 sentyabr 2021

  • Bitmə tarixi

    02 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

Məhsulların online satışını təşkil edən Mandarin.az Əmək haqqı üzrə mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq !

Vəzifə öhdəlikləri:

• Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması;
• Vergi, sosial fonda ayırmaların hesablanması;
• Ştat cədvəlinin yoxlanması, 1C proqramında üzləşdirilməsi;
• Rəsmi əmək haqlarının yenidən hesablanması (kütləvi artım);
• İş vaxtının uçotu (tabel) cədvəllərinin və ödəniş cədvəllərinin hazırlanması;
• Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi;
• Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
• Elektron imza vasitəsilə elektron hökumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət;
• DSMF-yə Vahid Rüblük hesabatın, Statistika komitəsinə 4-Əmək aylıq və 1-Əmək illik hesabatın hazırlanması.

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Namizədə tələblər:

• Təhsil: Ali;

• Dil bilgiləri: Azərbaycan və rus (sərbəst);

• Əmək haqqı hesablanması üzrə ən azı 2 il iş təcrübəsi;

• AR Əmək Məcəlləsini, Sosial Sığorta haqqında AR Qanunvericiliyini, əmək haqqı ilə bağlı Nazirlər Kabinetinin qərarlarını yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;

• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.);

• Komandada işləmək bacarığı;

• 1C (7.7., və ya8.3.)-də iş təcrübəsi arzuolunandır.

• Əlavə tapşırıqların yerinə yetirilməsi

Vakansiyaya müraciət üçün CV-nizi “Əmək haqqı üzrə mühasib” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün e-poçt daxil et

Elan #843175

  • 2164

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox