Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı

Əmək Haqqı və Bonuslu Təcrübə Proqramı

Güvənli MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    300 - 400 AZN

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    24 yanvar 2023

  • Bitmə tarixi

    23 fevral 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Əməliyyatlar üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 Maaş və Bonuslu Təcrübə Proqramı

“Güvənli” MMC və “Lombardcini” MMC Bakı şəhəri və Sumqayıt, Astara, Gəncə, Siyəzən, Yevlax, Quba, Xaçmaz, Lənkəran, Bərdə, Beyləqan, Tərtər, İmişli, Cəlilabad bölgə filialları üzrə Maaşlı Təcrübə Proqramı elan edir!

“Güvənli” MMC və “Lombardcini” MMC Azərbaycanın ən sürətli inkişaf edən və daim müştərilərinin məmnuniyyətini qazanmış kredit təşkilatı olmaqla yanaşı, gənclərin inkişafı üçün də daim yeni addımlar atmaqdadır. Şirkət xüsusən universiteti bakalavr və magistr dərəcəsi üzrə son 5 il ərzində bitirmiş məzunlar və ya hazırda magistratura pilləsi üzrə təhsil alan gənclər üçün 3 aylıq Maaşlı Təcrübə Proqramı elan edir!

Təcrübə Proqramı məzunlara təhsil zamanı öyrəndikləri nəzəri bilikləri peşəkar iş həyatında tətbiq edərək praktiki biliklərə sahib olmaları, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış olmaları üçün şərait yaradır və eyni zamanda təşkilatın peşəkar təlimçilərindən mentor dəstəyi almaq fürsəti verir.

Namizədə tələblər:

Vakansiya haqqında ümumi məlumat:

1.     Təşkilatın kredit məhsullarını təbliğ etmək və müştəriləri cəlb etmək;

2.     Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;

3.     Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

4.     Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.

Öhdəliklər:

·        Təlimlərdə aktiv iştirak etmək;

·        Təlimlərdə keçilənləri mənimsəmək və öz işində tətbiq etmək;

·        Təlimçi və mentorla interaktiv işləmək.

Namizədə olan ilkin tələblər:

·        Ali təhsil müəssisəsini son 3 ildə bitirmiş olmalı;

·        Satış bacarığına malik olmaq;

·        Analitik zəka, müştərilərlə işləmək bacarığı;

·        Riyazi hesablama aparmaq qabiliyyəti;

·        Komanda ilə işləmək bacarığı;

·        Pozitiv ünsiyyət bacarığı;

·        Microsoft Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti və təminatlar:

1.     Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;

2.     Bank kartı ilə aylıq ödəniş;

3.     Maaşdan əlavə bonuslar;

4.     Karyera yüksəlişi.

İş qrafiki:

·        Həftə içi 6 gün;

·        İş saatı: saat 09:00-dan 17:00-a, şənbə günü 10:00-16:00

Qeyd: Təcrübə proqramını uğurla başa vuran hər bir namizəd təşkilatımızda işlə təmin olunacaq.

Müraciət üçün: https://qlor.me/lcvocv68 linkə daxil ola bilər və ya CV formanızı hrguvenli@gmail.com mail ünvanına başlıqda "Maaş və Bonuslu Təcrübə Proqramı" qeyd edərək göndərə bilərsiniz.

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox