Bakı
Digər
700 - 900 AZN
Tam-ştat
27 may 2021
26 iyun 2021
- Bütün iş rejimləri üzrə işçilərin aylıq əmək haqlarının hesablanması
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması
- DSMF tərəfindən ödənilən müavinətlərın müvafiq elektron informasiya sistemində işlənməsini icra etmək
- Vahid rüblük bəyannamənin hazırlanması və təqdim olunması
- Əmək 1 və Əmək 4 hesabatlarının hazırlanması
- İşçilərin əmək haqqı ilə bağlı sualların vaxtlı-vaxtında cavablandırılması
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlanması və sualların cavablandırılması
- İş saatları: 09:00-dan 18:00-dək
- İstirahət günləri: Şənbə, Bazar günləri
Namizədə tələblər:- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- Əla səviyyədə kompüter bacarıqları (xüsusilə MS Word və Excel)
- Mükəmməl səviyyədə Azərbaycan dili, İngilis dili (rus dili biliyi arzuolunandır)
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi və ya bu sahədə karyera qurma həvəsi, öyrənmə və özünü inkişaf etdirmə arzusu
- Sənədləşdirmə və yazışma işlərində yüksək səviyyədə bacarıq, punktuallıq
- Komandada işləmək bacarığı
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Əmək haqqının hesablanması üzrə mütəxəssis” qeyd edərək hr@partnyor.az elektron ünvanına CV göndərilməsi xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.