Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis

Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis

Ziraat Bank Azərbaycan ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 sentyabr 2021

  • Bitmə tarixi

    27 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Əməliyyat riskləri üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Ziraat Bank Azərbaycan” ASC Risklərin idarə edilməsi departamentinə Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Əsas vəzifələr:

• Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
• Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqi;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsi;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
• Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
• Stress-testlərin həyata keçirilməsi;
• Risk limitlərinin müəyyənləşdirilməsi, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.

Namizədə tələblər:

• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;

• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;

• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;

• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;

• Türk və ingilis dili bilikləri arzuolunandır;

• Bank sahəsində ən azı 3, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;

• FRM, CFA, ACCA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox