Əməliyyat Risklərinin İdarə Edilməsi və İnsidentlərin İdarəedilməsi istiqaməti üzrə Mütəxəssis

Əməliyyat Risklərinin İdarə Edilməsi və İnsidentlərin İdarəedilməsi istiqaməti üzrə Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    16 avqust 2022

  • Bitmə tarixi

    15 sentyabr 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Əməliyyat riskləri üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

  • Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması
  • Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası
  • Risklərin təhlili zamanı potensial itkilərin hesablanması və insidentlər ilə üzləşdirilməsi
  • Əməliyyat risklərinin bankın kapitalına olan təsirinin hesablanmasına dəstək göstərilməsi
  • Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
  • İnsidentlərin və Risklərin idarəedilməsi sisteminə daxil olan sorğuların vaxtında və operativ şəkildə icrası;
  • İnsidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;

Namizədə tələblər:

  • Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: minimum 3-5 il Bank sahəsi üzrə təcrübə;
  • Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bank-ın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi arzu olunandır;
  • Xarici dil: İngilis, Rus (arzuolunandır);
  • Kompüter Bacarıqları: Microsoft Office;
  • Digər Bacarıqları: Güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə  bacarığı, hesabat hazırlama bacarığı, güclü yazılı və şifahi ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox